Ana Sayfa > Parlament / Karusel > Yol polisi hakimlərin maşınlarını cərimə meydançasına apardı
Yol polisi hakimlərin maşınlarını cərimə meydançasına apardı13-12-2016, 18:55. Yazar: admin |
Bu gün Bərdə şəhərində yol polisi tərəfindən reyd keçirilib. aia.az lent.az-a istinadən xəbər verir ki, reyd Bərdənin mərkəzi küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı keçirilib. Gün ərzində qaydaları pozan xeyli avtomobil Dövlət Yol Polisinin Bərdə Rayon Şöbəsinin cərimə meydançasına aparılıb. Yol polisi reyd zamanı Bərdə Rayon Məhkəməsinin qarşısında dayanma-durma qaydalarını pozan avtomobilləri də cərimə meydançasına aparıb. Saytın əldə etdiyi məlumata görə, məhkəmənin iki hakiminə məxsus "Toyota Prado" və "Hyundai Elantra" markalı minik avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilib. aia.az Geri dön |