Ana Sayfa > Özəl > 4 oktyabr bizi böyük Zəfərə aparan yolun çox vacib bir hissəsi, suverenlik savaşımızın şanlı tarixi günüdür

4 oktyabr bizi böyük Zəfərə aparan yolun çox vacib bir hissəsi, suverenlik savaşımızın şanlı tarixi günüdür


3-10-2024, 15:22. Yazar: sevinc1
4 oktyabr bizi böyük Zəfərə aparan yolun çox vacib bir hissəsi, suverenlik savaşımızın şanlı tarixi günüdür


Cəbrayılın azad edilməsi ilə 30 illik Qələbə həsrətimizə, ümidsizlik sindromumuza son qoyuldu. Bu mənada 4 oktyabr bizi böyük Zəfərə aparan yolun çox vacib bir hissəsi, suverenlik savaşımızın şanlı tarixi günüdür. 2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Cəbrayılın azad edilməsi ilə 30 illik Qələbə həsrətimizə, ümidsizlik sindromumuza son qoyuldu. Bu mənada 4 oktyabr bizi böyük Zəfərə aparan yolun çox vacib bir hissəsi, suverenlik savaşımızın şanlı tarixi günüdür. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna ilk səfəri etdilər .Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı üçrəngli Azərbaycan bayrağını qaldırdı. Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı. 27 ildən sonra Azərbaycan böyük qələbəyə imza atmışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi . Dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. Biz artıq 1993-cü il avqustun 23-də işğal olunmuş Cəbrayıl üçün kədər göz yaşı tökmürük. Cəbrayıl 44 günlük Vətən müharibəsində düşmən üçün əsl cəhənnəmə, kabusa çevrildi. Bir cınahını doğma Araz çayına, digəri Cənubi Azərbaycana söykəyən igid oğullarımız rəşadətlə irəliləyərək düşmənə sarsıdıcı zərbələr vurdular. Cəbrayıl rayonunun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə gətirib çıxardı . Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması qürurverici olmaqla yanaşı, böyük tarixi və siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə köç başlayıb.

Çox müsbət haldır ki, xalqımız, cəbrayıllılar ərazilərimizin düşməndən təmizlənməsi uğrunda canını qurban vermiş şəhidlərin və qazilərin xidmətini heç zaman unutmurlar. Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmişlər. Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi, ermənilərin xeyirinə olan status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı-BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış eldi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi.

Kamil Sultanov - YAP Qusar rayon təşkilatının məsləhətçisi .

Geri dön