Ana Sayfa > Özəl > Uğurlu və peşəkar siyasət

Uğurlu və peşəkar siyasət


Bu gün, 10:56. Yazar: sevinc1
Uğurlu və peşəkar siyasət

Mən fəxr edirəm ki, azərbaycanlıyam. Dünya xalqları içərisində öz tarixi kökü və milli mədəniyyəti ilə seçilən xalqlardan biri kimi Azərbaycan xalqının da xüsusi bir yer var. Amma, tarixə nəzər salsaq, görərik ki, zaman-zaman xalqımızın başına həmişə olmazın müsibətlərini gətiriblər. Ancaq ən çətin anda belə xalqı öz arxasınca aparan, ona tarixin cəngavərlik və qəhramanlıq yolunu göstərən və nəhayyət bu yolda xalqına mayaq olan dahi şəxsiyyətləri olub. Belə insanlar xalqın təbirincə desək tanrının seçilmiş bəndələridir.
Belə seçilmiş şəxsiyyətlərdən , tanrının sevdiyi bəndələrdən biri bəlkədə birincisi Ümummilli Liderimiz Ulu Öndər Heydər Əliyevdir. Birdən mənə elə gəlir ki, bu dahi şəxsiyyətin portiretinin, onun daxili və mənəvi zənginliyini gözqamaşdırıcı şüaları altında dilimizin qrammatik imkanlarıda bir qədər sönük görsənir. Bəli, deyəsən sözün sehridə bu fenomenal əxsiyyətin iradəsi, gücü qarşısında öz qüvvəsini və idarəsini itirmək məcburiyyətində qalıb. Çünki Heydər Əliyev bütöv bir millətin, xalqın tarixini yazan və yazdığı tarixədə öz möhrünü vuran bir şəxsiyyət olmuşdur çünki Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi Ulu Öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəalliyəti ilə bağlı olmuşdur. Məhs Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji , iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında ehtibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamiq inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyavi dövlət quruculuğu , vətəndaş cəmiyyətinin təşkili, milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin və mədəniyyətin inkişafı əbədi olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Öz xalqı və vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi nəhənglərlə -Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl De Qoll ilə müqayisə edirlər . Hər bir xalqın tarixi unikaldır Azərbaycan xalqının unikallığı Heydər Əliyevin adı ilə bağlıdır Ü. Çörçil öz həyat yoluna yekun vuraraq yazırdı ,” Gərək sən öz ölkən uğrunda ölməyə hazır olasan ”. Bəli, Heydər Əliyev də sözün əsl mənasında öz ölkəsi naminə yaşadı və yaratdı. Heydər Əliyev bizim hamımızın nəzarətində vətəni fədakarcasına sevmək nümunəsi olmuş, onu azərbaycanlıq ideyası Azərbaycan vətəndaşları üçün bizim hər birimiz üçün mənəvi kateqoriyaya çevrilmişdir. Buna görə də Azərbaycan xalqı Heydər Əliyevin həyata keçirdiyi siyasi missiyanı bütövlükdə dərk edir, anlayır ki, bu insan olmasaydı, respublika sadəcə məhv olardı. Bəlkə də elə məhz buna görədir ki, məktəbimizin foyesinin giriş hissəsində divara vurulmuş dahi şəxsiyyətin böyük portreti önündən keçəndə gözlərim onun nurlu simasında bir ecazkarlığın şahidi olur. Nədənsə yadına həmişə böyük H. Cavidin “ Topal Teymur ” pyesindəki bu misralar
Kəssə hər kim tökülən qan izini
Qurtaran dahi odur yer üzünü .
Bəli, bu narahat və nahamar yolda dahi şəxsiyyət heç bir vaxt büdrəmədi, əksinə onun yolunu kəsən daş-kəsəyi yorulmadan təmizləməyə çalışdı. Xalqın “ Qarabağ ” adlı dərdinin dərmanını hazırlamaq üçün özünün doğma övladını bu xalqa ərmağan etdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində İlham Əliyev cənabları atasının memarı olduğu müstəqil Azərbaycanın qüdrətli prezidentinə çevrildi. Misli –bərabəri görünməyən 44 günlük “ Dəmir yumruq ” əməliyyatı sözün əsl mənasında hərb tariximizin şanlı səhifəsinə çevrildi. itirilmiş torpaqlarımızın geri qaytarılması bizim zəfər və qələbəmizin əsl mahiyyəti oldu.
8 noyabr –Qələbə günü münasibətilə Ali Baş Komandanın Heydər Əliyevin məzarını ziyarət etməsi sanki oğlun atasına ilk qələbə müjdəsi verməsi idi. Ali Baş Komandan İlham Əliyevin təbirincə desək onun ata nəsihətini yerinə yetirməsi , oğlun ata qarşısında bir hesabatı idi.
Bəli, Ali Baş Komandan bir daha sübut etdi ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin oğlu olmaq özü bir məsuliyət idi. Artıq İlham Əliyev bu məsuliyyəti özünün bacarığı , siyasəti ilə bütün dünyaya diktə etdi. Bir də onu da diktə etdi ki, Qarabağ öz əzəli və əbədi sakinləri olan biz azərbaycanlılarındır. Ora bizim tarixi yurd yerimiz, dədə -baba torpaqlarımızdır.

Səadət Məmmədova
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Geri dön