Ana Sayfa > Manşet / Dünya > ÜST-dən yeni qlobal epidemiya riski barədə

ÜST-dən yeni qlobal epidemiya riski barədə


3-10-2024, 10:11. Yazar: sevinc1
ÜST-dən yeni qlobal epidemiya riski barədə

Sentyabr ayında Ruandada yayılan Marburq qızdırması Konqo Demokratik Respublikası, Tanzaniya və Uqanda da daxil olmaqla digər qonşu ölkələrə keçə bilər.

aia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.

ÜST bu üç ölkənin hakimiyyət orqanlarından Ruanda ilə sərhəddə epidemioloji nəzarət üçün əlavə tədbirlər görməyi tələb edib.

Qeyd edək ki, sentyabrın 27-də Ruanda Səhiyyə Nazirliyi ölkədə Ebola qızdırmasını törədən virusla eyni sinfə aid olan Marburq qızdırmasının epidemiyasının başladığını təsdiqləyib. ÜST-ün məlumatına görə, bu günə qədər Ruandada 26 Marburq qızdırması aşkarlanıb, 9 nəfər ölüb.

Xəstələrin 70%-i paytaxt Kiqalidəki iki xəstəxananın tibb işçiləridir. Səlahiyyətlilər yoluxmuş şəxslə təmasda ola biləcək 300-ə yaxın adamı müəyyən edib. Onların hamısı nəzarət altındadır.

aia.az
Geri dön