Ana Sayfa > Özəl > Yaradılan güclü iqtisadi potensial sabahın uğurlarından xəbər verir

Yaradılan güclü iqtisadi potensial sabahın uğurlarından xəbər verir


Dünən, 17:30. Yazar: sevinc1
Yaradılan güclü iqtisadi potensial sabahın uğurlarından xəbər verir

Məlum olduğu kimi sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə cənab prezident çıxış edib, uğurlardan, qarşıda dura məsələlərdən daışıb. Bildirib ki, “indi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir. Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək “. Bununla yanaşı cənab Prezident gələn ilin əsas xərclərinin artıq müəyyən edildiyini də söyləyib. “Mənim Milli Məclisdəki çıxışımda əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq “.
Təbii ki, ölkəmizdə islahatlar kursu bundan sonra da davam etdiriləcək. Respublikaya xarici və yerli sərmayələrin cəlb olunması siyasəti perspektivdə də davam etdiriləcək. Güclü investisiya təminatı olmadan milli iqtisadiyyatın inkişafından da söhbət açmaq mümkün deyil. Bu baxımdan Azərbaycandakı mənzərə çox müsbətdir. Qlobal miqyasda ayrı-ayrı ölkələrin sərmayələrin cəlb edilməsində ciddi problemlərlə üzləşdiklərinə baxmayaraq, Azərbaycan yüksək investisiya cəlbediciliyini qoruyub saxlamamağa müvəffəq olur. Bütövlükdə, Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi ildən-ilə artır. Əlamətdar haldır ki, müstəqillik illərində ölkəmizə yönəldilən investisiyaların 93 faizi məhz son ilərin payına düşür. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir. Öz növbəsində dövlətin hərtərəfli dəstəyindən bəhrələnən milli sahibkarlar ordusunun təmsilçiləri ölkə boyu yeni layihələrin həyata keçirilməsinə fəal şəkildə investisiyalar yönəldirlər. Son illərdə respublikanın müxtəlif regionlarında sahibkarların vəsaitləri hesabına çoxlu sayda təsərrüfatlar, sənaye müəssisələri yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Yalama və Şəmkir aqroparkları, taxılçılıq və digər istiqamətlər üzrə yaradılan iri fermer təsərrüfatları, Sumqayıt, Balaxanı sənaye parklarında uğurla fəaliyyət göstərən sənaye obyektləri bu qəbildəndir. Qeyd edək ki, Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir təşkilatının sədri.

Geri dön