Ana Sayfa > Özəl > İsveçrə Ali Məhkəməsi Vəliyevanın diskvalifikasiya ilə bağlı CAS qərarından verdiyi şikayəti rədd edib

İsveçrə Ali Məhkəməsi Vəliyevanın diskvalifikasiya ilə bağlı CAS qərarından verdiyi şikayəti rədd edib


2-10-2024, 16:08. Yazar: sevinc1
İsveçrə Ali Məhkəməsi Vəliyevanın diskvalifikasiya ilə bağlı CAS qərarından verdiyi şikayəti rədd edib


İsveçrə Federal Ali Məhkəməsi İdman Arbitraj Məhkəməsinin (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevaya 4 il müddətinə qadağa qoyulması qərarından verilən apellyasiya şikayətini rədd edib. Bu barədə RİA Novosti Sport məhkəmə sənədinə istinadən məlumat yayıb.“İsveçrə Federal Ali Məhkəməsi apellyasiya şikayətinin məqbul olduğu dərəcədə rədd edilməsinə qərar verdi. 7 min İsveçrə frankı məbləğində məhkəmə xərcləri şikayətçi tərəfindən ödənilir. Şikayətçi xərclərin ödənilməsi kimi Beynəlxalq Konkisürmə İttifaqına və Ümumdünya Antidopinq Agentliyinə hər birinə 8 min frank məbləğində təzminat ödəyəcək”, - sənəddə deyilir.

aia.az
Tərcümə şöbəsi
Geri dön