Ana Sayfa > Özəl > Gədəbəy rayonunda Şəhid Rzayev Amin Qurban oğlunun məzarı ziyarət olunub

Gədəbəy rayonunda Şəhid Rzayev Amin Qurban oğlunun məzarı ziyarət olunub


Bu gün, 15:03. Yazar: sevinc1
Gədəbəy rayonunda Şəhid Rzayev Amin Qurban oğlunun məzarı ziyarət olunub

aia.az xəbər verir ki, 02.10.2024-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Çobankənd kənd sakini Rzayev Amin Qurban oğlunun dördüncü ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.
Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Geri dön