Ana Sayfa > Manşet / Ölkə > Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məsul işçilərini qəbul edib

Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məsul işçilərini qəbul edib


Bu gün, 13:41. Yazar: sevinc1
Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məsul işçilərini qəbul edib

Oktyabrın 2-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov Beynəlxalq Federasiyanın Cənubi Qafqaz üzrə rəhbəri Davron Muxamadiyev və Beynəlxalq Federasiyanın Cənubi-Şərqi Asiya Millətləri Asssosiasiyasının yanında nümayəndəsi, İndoneziya, Sinqapur, Bruney, Timor-Leşte üzrə regional nümayəndəliyin rəhbəri Elxan Rəhimovla görüşü olub.

Görüşdə Beynəlxalq Federasiya ilə işgüzar əməkdaşlığın perspektivləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi olub. Xüsusilə, Bakıda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, hazırlıq işlərində AzQAC-ın rolu, sessiya zamanı ənənəvi tərəfdaşların nümayəndə heyətləri ilə görüşlərin təşkili və s. məsələlər əsas mövzulardan biri olub.

Davron Muxamadiyev və Elxam Rəhimov səmimi və işgüzar görüşə görə Novruz Aslanova təşəkkür ediblər və tərəfdaşlıq əlaqələrinin bundan sonra da davamlı olacağını bildiriblər.

aia.az
Geri dön