Ana Sayfa > Gündəm > Bakı metrosundakı ən köhnə qatarlar 2042-ci ilədək istifadə olunacaq
Bakı metrosundakı ən köhnə qatarlar 2042-ci ilədək istifadə olunacaq2-10-2024, 11:44. Yazar: sevinc1 |
“Bakı Metropoliteni” QSC-də intervalın azaldılması qatarların sayının artırılmasından asılı deyil. aia.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov bildirib. Departament rəisi qeyd edib ki, köhnə nəsil qatarlarının ən sonuncusunun istismardan çıxarılma müddəti 2042-ci ildir. “O müddətdə qədər bu qatarlardan istifadə olunacaq. Köhnə qatarlar tədricən istismardan çıxarılır. Bu il bir qatar istismardan çıxarılacaq. Ümumi götürdükdə metro qatarlarının 50 faizi yenilənib”, - deyə F.Əhmədov bildirib. aia.az Geri dön |