Ana Sayfa > Özəl > Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib


Bu gün, 16:07. Yazar: sevinc1
Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Dövlət başçısı İlham Əliyev 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edərək bir çox məsələlərə aydınlıq gətirmişdir. Cənab İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir.
Azərbaycanın liderliyi ilə böyük enerji, nəqliyyat layihələri reallaşdırılır, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılır, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi edir. Dövlətimizin iqtisadi siyasətində vətəndaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər, iqtisadiyyat sahələrinin imkanlarının üzə çıxarılmasına dair aparılan sistemli və ardıcıl işlər dövlətlə cəmiyyət, həm də hökumət qurumları ilə iqtisadi subyektlər arasında qarşılıqlı etimad mühiti yaradıb. İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması üçün qeyri-neft-qaz sahələrinin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılıb və xüsusilə qeyri-neft ixracının çeşidinin genişləndirilməsi, həcminin artırılması istiqamətində tədbirlər görülüb.Yeni layihələrdən söz açan ölkə rəhbəri vurğuladı ki, hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Neft-qaz sahəsində templər müsbət olacaqdır. Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir.Hazırda Azərbaycanın iqtisadiyyatı neft və qeyri-neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir. Ölkəmizin mövqeyi bölgədə getdikcə daha da artır və güclənir. Mühüm geosiyasi məkan kimi regionun özündə sülh və təhlükəsizliyin təmin edilməsi üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir.Bu gün Azərbaycanda infrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70 kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil. 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerji potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.
Azərbaycanın bu gün  nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olması da hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırıldığını təsdiqləyir. Hazırda iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. 

Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Geri dön