Ana Sayfa > İdman > Vurduğu qolu atasına həsr etdi

Vurduğu qolu atasına həsr etdi


Bu gün, 11:49. Yazar: sevinc1
Vurduğu qolu atasına həsr etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının II turunda Qətərin “Ər-Rayyan” komandasına vurduğu qolu mərhum atasına həsr edib.

aia.az "A Bola"ya istiinadən xəbər verir ki, ulduz futbolçu vurduğu qolun fərqli olduğunu və onu atasının ad gününə həsr etdiyini bildirib.

O, "Ər-Rayyan"la matçın 77-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, K.Ronaldunun atası Xose Diniş Aveyru DÇ-2006-nın seçmə mərhələsində 2005-ci ildə Moskvada baş tutan Rusiya - Portuqaliya matçından (0:0) əvvəl qaraciyər çatışmazlığından dünyasını dəyişib.

aia.az
Geri dön