Ana Sayfa > Siyasət > "Hər kəs əmin olmalıdır ki, Qərbi azərbaycanlılar torpaqlarına qayıdacaqlar"
"Hər kəs əmin olmalıdır ki, Qərbi azərbaycanlılar torpaqlarına qayıdacaqlar"30-09-2024, 18:00. Yazar: sevinc1 |
Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. aia.az xəbər verir ki, Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında söyləyib. Dövlət başçısı XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb. “1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”. Referens.az -a danışan millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu bildirib ki, Prezidentimiz çıxışında milli ruhumuza və tarixi yaddaşımıza diqqət çəkərək, Aşıq Ələsgərin təkcə Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi kimi deyil, həm də onun mübariz, mövqeyi olan tarixi şəxsiyyət kimi qiymətləndirdi: "Bildirdi ki, 1918 - ci ildə ermənirlərin Azərbaycana qarşı törətdiyi etnik təmizləmə siyasəti nəticəsində məhz 97 yaşlı Aşıq Ələsgər də öz doğmaz kəndindən, Göyçə mahalından didərgin edilib. Buna baxmayaraq, 3 il Kəlbəcərdə yaşadıqdan sonra, o, geri el - obasına qayıdıb. Azərbaycan Prezidenti qeyd etdi ki, xalqımız zaman - zaman öz doğma torpaqlarından etnik təmizləmə siyasətinə məruz qalıb. Bunlardan birincisi 1918 - 1920 - ci illərdə olub. Birinci və ikinci deportasiyadan sonra Azərbaycan xalqı öz doğma torpaqlarına yenidən qayıtdığı kimi, üçüncü etnik təmizləmə siyasətindən sonra ermənilərin etnik təmizləmə siyasətinə məruz qalan azərbaycanlılar da öz tarixi torpaqlarına qayıdacaqlar". Millət vəkili bildirib ki, şübhəsiz ki, bu hər şeydən öncə Azərbaycan Prezidentinin xalqımıza, onun geri qayıdış hüququna yanaşma idi: "Bu gün də xalqımızın qarşısında duran milli vəzifələrdən biri tarixi topraqlarına qayıtmasıdır. Prezident çıxışı ilə Qərbi Azərbaycana qayıtmağın, Aşıq Ələsgər yurduna qayıtmağın haqqımız olduğunu dilə gətirməklə, hər bir azərbaycanlıda yeni motiviasiya yaratdı. Hər kəs əmin olmalıdır ki, Qarabağı qaytaran milli yaddaş, mili ruh bir gün Qərbi azərbaycanlıları da Qərbi Azərbaycana qaytaracaqdır". Geri dön |