Ana Sayfa > Gündəm > Fəzail Ağamalı: "Azərbaycanın müstəqil dövlət kimi inkişafının təməlində Heydər Əliyevin formalaşdırdığı prinsiplər durur"

Fəzail Ağamalı: "Azərbaycanın müstəqil dövlət kimi inkişafının təməlində Heydər Əliyevin formalaşdırdığı prinsiplər durur"


12-12-2016, 13:57. Yazar: admin
Fəzail Ağamalı: "Azərbaycanın müstəqil dövlət kimi inkişafının təməlində Heydər Əliyevin formalaşdırdığı prinsiplər durur"




Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı, "Ana vətən" Partiyasının sədri Fəzail Ağamalı deyib.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev 20-ci əsrin ən parlaq tarixi şəxsiyyətlərindən biridir: "O, vaxtilə müsəlman və türk olmasına baxmayaraq, şəxsi keyfiyyətləri, fenomenal xüsusiyyətləri ilə dünyanın iki super gücündən birinin - Sovet İttifaqının rəhbərlərindən olub. Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini olub. Nazirlər Soveti sədrinin həddindən artıq yaşlı olduğunu nəzərə alsaq, hökuməti, demək olar ki, birbaşa Heydər Əliyev idarə edirdi. Onun fenomenal xüsusiyyətləri barədə fikirlərə o dövrdə hətta xarici mətbuatda da geniş yer verilirdi.

Ulu öndərimiz Allahın qisməti, xalqımıza sevgisi ilə qorundu, himayə olundu. O, Azərbaycanın ən çətin anında yenidən siyasi hakimiyyətə gəldi. Özü də Azərbaycan xalqının təkidli tələbilə. Xalqımız anarxiya, hərc-mərclik, vətəndaş müharibəsi içində boğulmağa başlayan Azərbaycanın xilasetməyin yolunu dərk edərək ümidini Heydər Əliyevə yönəltdi. Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra heç bir komanda olmadan, təkbaşına Azərbaycanı qısa zamanda böyük fəlakətlərdən xilas etdi, uçurumdan qurtardı, vətəndaş müharibəsinin genişlənməsinə imkan verilmədi, ölkədə hərc-mərcliyi aradan qaldırdı, hərbi yolla hakimiyyətə gəlmək, ayrı-ayrı insanların təsiri altında olan hərbi birləşmələri ləğv edərək hüquqi, demokratik dövlətin yaradılmasının əsaslarını qoydu. Bu baxımdan 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olundu və ilk parlamenti seçildi. Beləliklə, ölkəni demokratik, hüquqi dövlət səviyyəsində idarə etmək üçün qanunvericilik bazasının yaradılması prosesi başladı. Hüquqi, siyasi və sosial islahatlara start verildi. Xüsusi olaraq ölkənin beynəlxalq səviyyədə siyasi cəhətdən təminatını almaq, Avropaya inteqrasiya etmək və neftdən gələn gəlirləri Azərbaycanın problemlərinin həllinə yönəltmək üçün 1994-cü ilin sentyabrında, sözün həqiqi mənasında, "Əsrin müqaviləsi" imzalandı. Həmin müqavilənin verdiyi töhfələri biz sonrakı illərdə açıq şəkildə gördük və bu gün də onun təsirlərini yaşayırıq. Ölkəmizin bu gün iqtisadi inkişafı, hərbi quruculuqda əldə olunmuş uğurları, onun maliyyə qaynaqları, iqtisadi əsasları məhz 1994-cü ilin 20 sentyabr tarixinə söykənir".

F.Ağamalının fikrincə, ulu öndər Heydər Əliyev sonadək Azərbaycan dövlətinin güclənməsi, onun beynəlxalq səviyyədə nüfuzun artması uğrunda özünü, sözün həqiqi mənasında, şəhid edib: "Bu gün bütün uğurlarımızın təməlində ulu öndərimizin fundamental prinsipləri, siyasi xətti durur. Bu xətti uğurla davam etdirən ölkə prezidenti İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirdi, beynəlxalq subyektin ən fəal, ən hörmət edilən dövlətlərindən biri səviyyəsinə qaldırdı və yeganə ən ciddi problemimiz olan işğal olunmuş torpaqlarımızın azad edilməsi prosesində də, o cümlədən aprel döyüşlərində bir Ali Baş Komandan kimi Azərbaycanın gücünü nümayiş etdirdi. Mən tam əminəm ki, kimin nə deməyindən asılı olmayaraq, işğal olunmuş torpaqlarımız da yaxın illərdə azad ediləcək. Buna heç kəsin şübhəsi olmasın. Bütün bunların hamısının kökü isə ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu fundamental prinsiplərə
Geri dön