Ana Sayfa > Manşet / Gündəm > DİN-dən xəbərdarlıq:

DİN-dən xəbərdarlıq:


30-09-2024, 09:15. Yazar: sevinc1
DİN-dən xəbərdarlıq:

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları şəxsi və bank kartı məlumatları ilə bağlı təhlükəsizlik tədbirlərinə ciddi yanaşmağa çağırıb.

aia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat katibi Elşad Hacıyev bildirib.

“Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

- Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;

- Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;

- Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;

- Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın”, - o qeyd edib.

aia.az
Geri dön