Ana Sayfa > Gündəm > 27 sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

27 sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib


27-09-2024, 17:18. Yazar: sevinc1
27 sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin 4-cü ildönümündə İkinci Fəxri xiyabanı ziyarət edərək ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər, şanlı qələbəmizə həsr edilmiş Zəfər parkı ziyarət edilib.

Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında sarsılmaz dövlət-xalq-ordu birliyi, xalqımızın möhkəm iradəsi, hərbçilərimizin rəşadəti nəticəsində əldə olunmuş tarixi Zəfərin xüsusi önəm daşıması şəxsi heyətin diqqətinə çatdırılıb.

Müharibənin son gününə qədər hər anında daim irəli baxan, bir an belə geriyə dönməyi düşünməyən qəhrəmanların şücaətindən, fədakarlığından, xalqımızın səxavətindən, ölkə başçısının siyasi liderlik və sərkərdə məharətindən danışılıb.

Zəfəri döyüş meydanında güclü ordusu, diplomatiya və informasiya arenasında isə ağlı və zəkası ilə əldə edən dövlət başçısının şəhidlərimizin xatirəsini əziz tutduğu, onların ailələrini, qazilərimizi daim diqqət mərkəzində saxladığı, tarixi torpaqlarımızda sürətli, dinamik və davamlı aparılan quruculuq işləri çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə yurd-yuvalarına qaytarılması böyük qürur hissi ilə qeyd olunub.

Tədbirin sonunda “Görünməyən qəhrəmanlar” silsiləsindən film nümayiş olunub.

Geri dön