Ana Sayfa > Siyasət > Qeyri-neft sektorunun inkişafı və yeni layihələr iqtisadi dayanıqlılığı təkmilləşdirməyə imkan verəcək -
Qeyri-neft sektorunun inkişafı və yeni layihələr iqtisadi dayanıqlılığı təkmilləşdirməyə imkan verəcək -27-09-2024, 14:30. Yazar: sevinc1 |
Azərbaycan vətəndaşlarının sosial rifahı dövlətimizin ən prioritet istiqamədir və bu sahədə mütəmadi olaraq davamlı işlər aparılır. Son beş il ərzində ölkəmizdə minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını və yeni ildən həm əmək haqqlarrında, həm də pensiyalarda yenidən artımların olması bunun bariz nümunəsidir. Bunu Trend-ə açıqlamasında deputat Xanlar Fətiyev deyib. O qeyd edib ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial məsələlərin uğurlu həllinə geniş imkanlar yaradır: "Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, ölkədə hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq, dövlətimiz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edir”. Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatları zamanı öz hərbi və iqtisadi gücünü ortaya qoydu. "Müharibədə tam qələbə qazanan Azərbaycan bu gün azad edilən torpaqlarda böyük layihələrə imza atır və ölkə başçısının daim vurğuladığı kimi sübut edir ki, Azərbaycan öz torpaqlarının sahibidir və burada ermənilərin 30 ildə uçurub dağıtdıqları bütün infrastrukturlar bərpa edilir, yenidən qurulur. Ölkə başçısı müşavirədə bir daha vurğuladı ki, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası, o cümlədən həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq və bu Azərbaycanda iqtisadiyyatın davamlı inkişafı sayəsində reallaşacaq”, - deyə X.Fətiyev əlavə edib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və neft-qaz sektorunda yeni layihələrin reallaşdırılması dayanıqlı iqtisadi inkişaf modelini təkmilləşdirməyə imkan verəcək. aia.az Geri dön |