Ana Sayfa > Karusel / Dünya > Yerə bənzər planet kəşf edildi

Yerə bənzər planet kəşf edildi


Bu gün, 15:40. Yazar: sevinc1
Yerə bənzər planet kəşf edildi

Çin və ABŞ-dən olan beynəlxalq astronomlar qrupu milyardlarla il sonra Yerə bənzər yeni ekzoplanet tapıb.

aia.az xəbər verir ki, tədqiqat Nature Astronomy (NatAstro) elmi jurnalında dərc olunub.

KMT-2020-BLG-0414 adlı göy cismi Yerdən 4 min işıq ili uzaqda yerləşir və ağ cırtdanın - sönmüş ulduzun ətrafında fırlanan qayalı dünyadır.

Bildirilir ki, 5 milyard il sonra Günəş qırmızı nəhəng fazadan keçərək Merkuri, Veneranı və ola bilsin ki, Yer və Marsı genişlənərək istehlak edəcək. Dünyamız bu dövrdən sağ çıxsa, KMT-2020-BLG-0414 kimi olacaq.

aia.az
Geri dön