Ana Sayfa > Siyasət / Özəl > İqisadi inkişaf əhalinin rifah halını da yaxşılaşdırır

İqisadi inkişaf əhalinin rifah halını da yaxşılaşdırır


27-09-2024, 15:16. Yazar: sevinc1
İqisadi inkişaf əhalinin rifah halını da yaxşılaşdırır

İqtisadiyyatın əhəmiyyətli dərəcədə güclənməsi Azərbaycanın hərtərəfli inkişafı deməkdir, ən əsası, Azərbaycan əhalisinin rifah halının yaxşılaşdırılmasına hədəflənən siyasət aparmasına imkan verib. Ölkənin iqtisadi imkanları genişləndikcə pensiyalar, maaşlar, sosial müavinətlər də paralel şəkildə artırılır. Təsadüfi deyil ki, respublikamız insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, bu sahədə MDB-də lider mövqeyə yüksəlməyə nail olub. İqtisadi aktivliyin artmasının nəticəsidir ki, respublikada işsizlik və yoxsulluq 5 faizədək aşağı salınıb, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Təbii ki, iqtisadi təhlillərdən bu qənaətə gəlmək mümkündür. Cənab Prezidetin iqtisadi məsələlərlə bağlı keçirilən müşavirədə dediyi kimi “bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu yaxınlarda Azərbaycan Milli Məclisində etdiyim çıxışda bütün o rəqəmlər diqqətə çatdırılmışdır. Təkrar etmək istəmirəm, son beş il ərzində Azərbaycanda nə qədər böyük sosial islahatlar paketi reallaşdırıldı “.
Uğurların əldə olunmasında ölkədə aparılan islahatların çox böyük rolu var
Azərbaycanda son illərdə müxtəlif istiqamətlər üzrə islahatlar həyata keçirilməsi davamlı səciyyə daşıyıb. Bunun da nəticəsində milli iqtisadiyyatımızın dayanıqlılığı əhəmiyyətli dərəcədə artıb. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində aparılan davamlı siyasətin nəticəsidir ki, qlobal miqyasda mənfi tendensiyaların dərinləşdiyi illərdə də Azərbaycan arzuolunmaz xarici təsirləri uğurla dəf etdi və ölkə yenə də inkişafa istiqamətləndi. Yeni iqtisadi şəraitdə isə ölkəmizdə islahatlar daha intensiv şəkildə həyata keçirilir. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
David İbramxəlilov YAP Qusar rayon təşkilatının sədri.
Geri dön