Ana Sayfa > Özəl / Təhsil > Fizika İnstitutunda Anım Günü ilə bağlı tədbir keçirilib
Fizika İnstitutunda Anım Günü ilə bağlı tədbir keçirilib27-09-2024, 15:06. Yazar: sevinc1 |
Bu gün Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Anım Günü ilə bağlı II Qarabağ müharibəsinə həsr olunan tədbir keçirilib. aia.az xəbər verir ki,tədbiri Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov açıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. A. Həşimov çıxışında qeyd edib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. Arif Həşimov daha sonra çıxışında 2020-ci ilin sentyabrın 27-dən ermənilərin ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzündən, Azərbaycan Respublikası Silahli Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədi ilə Vətən müharibəsinə başlamasından, döyüşlər zamanı rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaətindən danışıb. Bildirib ki, 44 günlük müharibə müddətində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda təkcə əsgər və zabitlərimiz deyil, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə ilə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Anım tədbirində "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, Yeni Azərbaycan Partiyasının Fəal üzvü, elmi işçi Bayram Xudayarov çıxış edib. Bayram Xudayarov deyib ki, 27 sentyabr 2020 – Qurtuluşdan Zəfərə gedən yolda tarixi gündür. Daha sonra B. Xudayarov xüsusi olaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixində torpaqlarımız uğrunda qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüzün bərpası yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılır. B. Xudayarov çıxış edərək: " 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyev cəbhə boyu əks-hücuma keçmək haqqında əmr verdi. Deyib. Bayram Xudayarov çıxışında Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı xarici kütləvi informasiya vasitələrinə müsahibələrindən danışıb. B. Xudayarov həm də qeyd edib ki, bu gün azad olunmuş ərazilərdə bərpa quruculuq işləri davam etdirilir, Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş ərazilərə səfərlər edərək aparılan bərpa quruculuq işləri ilə yerindəcə tanış olur, lazımı tapşırıqlar verir. B. Xudayarov sonda qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil və güclü Azərbaycanı bu gün Heydər Əliyev məktəbinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Fateh, Cənab Prezident İlham Əliyev Qalib və Bütöv Azərbaycan etdi. Anım tədbirində akademik Cavad Abdinov, fizika elmləri doktoru Vüqar Əliyev fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Sitarə Bağırova, Lalə Əliyeva çıxış ediblər. Bayram Xudayarov aia.az Geri dön |