Ana Sayfa > Özəl / Təhsil > UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib


Bu gün, 15:00. Yazar: sevinc1
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib

Ölkəmizin hər yerində olduğu kimi
 UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə də 27 sentyabr - Anım Günü qeyd edilib.

aia.az xəbər verir ki, Kollecin kollektivi Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha sonra Kollecdə Anım Gününə həsr olunmuş tədbir keçirilib. Vətən müharibəsi şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra Kollec tələbələrinin hazırladıqları şeir, mahnı və səhnəciklər nümayiş olunub.

Tədbirdə çıxış edən Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev Vətən müharibəsində əldə edilən Zəfərin Azərbaycan dövləti, xalqı və ordusunun dəmir yumruq kimi birliyi hesabına qazanıldığını qeyd edib.
Kollecin direktoru Şəhriyar Laçınov da öz növbəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın birlik və həmrəylik nümayiş etdirdiyini xüsusi vurğulayıb.

Bizə Qələbə sevincini yaşadan, vətənin müstəqilliyi və istiqlaliyyəti,xalqının rifahı uğrundan canından keçərək şəhidlik zirvəsinə çatan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik!


Geri dön