Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: "Güclü iqtisadiyyat güclü dövlət deməkdir"

Eltun Süleymanov: "Güclü iqtisadiyyat güclü dövlət deməkdir"


27-09-2024, 14:56. Yazar: sevinc1
Eltun Süleymanov: "Güclü  iqtisadiyyat güclü dövlət deməkdir"

İqtisadçıların da bildirdiyi kimi son 15 ildə iqtisadiyyatın inkişaf dinamikası baxımından dünyada Azərbaycan kimi ölkələrin sayı çox az olub. Qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara baxmayaraq, ölkəmiz iqtisadi potensialını davamlı şəkildə artırmağa nail olub. Ümumiyyətlə, Azərbaycanın son 15 ildə iqtisadi sahədə əldə etdiyi uğurlar tarixi nailiyyətlərdir. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində vurğulayıb ki, biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Dövlət başçısı bəhs olunan dövrdə milli iqtisadiyyatımızın 3 dəfədən çox genişlənməsini çox böyük göstərici kimi səciyyələndirərək deyib: “İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir”.İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın siyasi müstəqilliyi üçün fundamental amil rolunda çıxış edir

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, dünya təcrübəsindən də bəlli olduğu kimi, hər bir ölkənin real müstəqilliyinin arxasında ilk növbədə iqtisadiyyat amili dayanır. Milli iqtisadiyyatı çökən ölkələrin müstəqilliyi də formal xarakter daşıyır. Bəli, 15 ildə milli iqtisadiyyat əhəmiyyətli dərəcədə genişlənib. Biz bunu bu gün keçirilən İqtisadi məsələlərə həsr olunmuş müşavirədə cənab Prezidentin çıxışında daha aydın gördük. Cənab Prezident deyib ki, “Bütövlükdə deməliyəm ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir “ Olduqca qürurverici haldır. Deməl ölkədə iqtisad siyasət düzgün aparılır və nəticə etibarı ilə uğurlara imza atırıq. Ölkə həm transmilli şirkətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq sayəsində zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və ixracında, eləcə də güclü emal sənayesinin qurulmasında, həm də neftdənkənar, elm tutumlu, innovativ iqtisadiyyat quruculuğunda böyük uğurlara imza atıb. Artıq Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Qürur hissi ilə vurğulamaq yerinə düşər ki, qısa müstəqillik tarixində Azərbaycan azsaylı üzvlərə malik dünya kosmos ailəsinin tərkibinə daxil olub. Hazırda respublikamızın iki peyki uğurla istismar olunur və daha bir peykimizin orbitə çıxardılmasına hazırlıq görülür.
İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Azərbaycan çox müsbət reallıqlara malik bir ölkəyə çevrilib. İqtisadi müstəqilliyinin təmin olunması ölkəmizin siyasi müstəqilliyinə, beynəlxalq miqyasda nüfuzunun artmasına müsbət təsir göstərib. Qısa müstəqillik tarixində respublikamız regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətə çevrilib. Bu gün Azərbaycan dünyada milli maraqlarının keşiyində qətiyyətlə dayanan, öz hesabına yaşayan ləyaqətli ölkə kimi tanınır və heç bir xarici güc ölkəmizlə diktat dili ilə danışa bilməz- deyə Eltun Süleymanov fikrini tamamlayıb.
Geri dön