Ana Sayfa > İdman > “Qarabağ” - “Malmö” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” - “Malmö” oyununun biletləri satışa çıxarılır


Bu gün, 10:30. Yazar: sevinc1
“Qarabağ” - “Malmö” oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

aia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şop, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və iTicket.az-ın satış məntəqələrindən əldə edə bilər.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

aia.az
Geri dön