Ana Sayfa > Dünya > BMT TŞ-də islahat tələbi:

BMT TŞ-də islahat tələbi:


27-09-2024, 10:21. Yazar: sevinc1
BMT TŞ-də islahat tələbi:

ABŞ-da BMT-nin 79-cu sessiyası çərçivəsində təşkilatın Təhlükəsizlik Şurasında islahatlarla bağlı çağırış edilib.

aia.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə və daha 11 ölkə bu barədə müştərək bəyanat yayıb.

Türkiyə, Argentina, Kanada, Kolumbiya, Kosta-Rika, İtaliya, Malta, Meksika, Pakistan, Koreya Respublikası, San Marino və İspaniya BMT TŞ-də ciddi islahatların aparılması tələbi ilə çıxış ediblər.

Qeyd olunub ki, BMT TŞ hazırkı konfiqurasiyası beynəlxalq sülh və təhlükəsizliyə kifayət qədər töhfə verə bilmir. Ona görə də köklü dəyişikliklərə ehtiyac var.

BMT TŞ-nin beş daimi üzvünün veto hüququnun məhdudlaşdırılması təklif olunan əsas məsələlər sırasındadır.

Bildirilib ki, bu dəyişikliklər bütün üzv dövlətlərin maraqlarına cavab verir.

aia.az
Geri dön