Ana Sayfa > Manşet / Gündəm > Vətən müharibəsinin başlamasından
Vətən müharibəsinin başlamasından27-09-2024, 09:53. Yazar: sevinc1 |
Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür. aia.az xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb. Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də xalqa etdiyi ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi. Prezident İlham Əliyev müharibənin gedişatı zamanı xalqa bir neçə dəfə müraciət etdi. Dövlət başçısının xalqa hər müraciətində yeni-yeni müjdələr, xoş xəbərlər eşidilirdi. Elə döyüşlərin ilk günündə bir sıra kəndlərlə yanaşı, Azərbaycan Ordusu üçün strateji nöqtələrdən biri olan Murovdağ zirvəsi düşmən işğalından azad olundu. Bu isə həm şəxsi heyət, həm də xalq arasında böyük sevinc və ruh yüksəkliyinin daha da artmasına gətirib çıxardı. 44 gün ərzində döyüş meydanında hər gün qazanılan nailiyyətlər növbəti qələbələrin əldə olunmasına təkan verirdi. Beləliklə, oktyabrın 3-də Azərbaycan Ordusu artıq Talış və Suqovuşan qəsəbələrini azad etməklə cəbhənin şimal istiqamətində düşmənin mövqelərini sarsıtdı. Oktyabrın 4-də Ali Baş Komandanın Cəbrayılın azad olunması ilə bağlı müjdəsi cəbhənin cənub istiqamətində də ciddi irəliləyişlərin əldə olunduğunu göstərirdi. Oktyabrın ilk ongünlüyündə bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması artıq Ermənistan ordusunda çaxnaşmalara səbəb olmuşdu. Böyük təşvişə düşən düşmən yalnız ordu sıralarından və döyüş meydanından qaçmaqla canını qurtarmağa çalışırdı. Azərbaycan Ordusu isə düşməni qova-qova torpaqlarımızı qarış-qarış azad etməklə qarşıya qoyulan tapşırıqları icra etməklə məşğul idi. Oktyabrın 9-da Hadrut qəsəbəsinin, oktyabrın 17-də isə Füzuli şəhərinin azad olunması ilə düşmənin beli qırılmış oldu. Oktyabrın 18-də Xudafərin qəsəbəsinin azad olunması ilə Azərbaycan Ordusu cənub cəbhəsində daha bir tarixi ədaləti bərpa etdi. Cəmi iki gün sonra isə Prezident İlham Əliyev bütün zəngilanlıları sevindirən müjdəni xalqa çatdırdı. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad olundu. Bir gün sonra - oktyabrın 21-də Mincivan qəsəbəsi də azadlığına qovuşdu. Ayın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi də tam nəzarətə götürüldü. Oktyabrın 25-də Qubadlı şəhəri də işğaldan azad olundu. Döyüşlər isə davam edir, Azərbaycan hərbçiləri işğalda olan torpaqların böyük bir hissəsini artıq azad etmişdilər. Növbəti hədəf Şuşa şəhəri idi. Ali Baş Komandan demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Beləliklə, noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Şuşanın azad olunması ilə düşmən Azərbaycan Ordusu qarşısında diz çökməyə məcbur oldu. Ermənistan Şuşanın Azərbaycanın nəzarətinə keçməsindən sonra artıq məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşa uğrunda gedən döyüşlər Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı - “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi. Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir. 2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı. 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu. Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Qarabağdakı separatçıların varlığına son qoyuldu, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir. Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası: № TARİX RAYON YAŞAYIŞ MƏNTƏQƏSİ 1. 27.09.2020 Füzuli Qaraxanbəyli 2. 27.09.2020 Füzuli Qərvənd 3. 27.09.2020 Füzuli Horadiz kəndi 4. 27.09.2020 Cəbrayıl Böyük Mərcanlı 5. 27.09.2020 Cəbrayıl Nüzgar 6. 27.09.2020 Kəlbəcər Murovdağ zirvəsi 7. 03.10.2020 Cəbrayıl Mehdili 8. 03.10.2020 Cəbrayıl Çaxırlı 9. 03.10.2020 Cəbrayıl Aşağı Maralyan 10. 03.10.2020 Cəbrayıl Şəybəy 11. 03.10.2020 Cəbrayıl Quycaq 12. 03.10.2020 Füzuli Aşağı Əbdürrəhmanlı 13. 03.10.2020 Tərtər Suqovuşan 14. 03.10.2020 Tərtər Talış 15. 04.10.2020 Cəbrayıl Cəbrayıl ş. 16. 04.10.2020 Cəbrayıl Şükürbəyli 17. 04.10.2020 Cəbrayıl Çərəkən 18. 04.10.2020 Cəbrayıl Daşkəsən 19. 04.10.2020 Cəbrayıl Horovlu 20. 04.10.2020 Cəbrayıl Mahmudlu (kənd) 21. 04.10.2020 Cəbrayıl Cəfərabad 22. 04.10.2020 Cəbrayıl Yuxarı Maralyan 23. 04.10.2020 Cəbrayıl Dəjəl 24. 04.10.2020 Cəbrayıl Karxulu 25. 05.10.2020 Cəbrayıl Şıxalıağalı 26. 05.10.2020 Cəbrayıl Sarıcallı 27. 05.10.2020 Cəbrayıl Məzrə 28. 09.10.2020 Cəbrayıl Qışlaq 29. 09.10.2020 Tərtər Çaylı 30. 09.10.2020 Cəbrayıl Qaracallı 31. 09.10.2020 Cəbrayıl Əfəndilər 32. 09.10.2020 Cəbrayıl Süleymanlı 33. 09.10.2020 Füzuli Yuxarı Güzlək 34. 09.10.2020 Füzuli Gorazıllı 35. 09.10.2020 Xocavənd Hadrut q. 36. 09.10.2020 Xocavənd Sor 37. 14.10.2020 Füzuli Qaradağlı 38. 14.10.2020 Füzuli Xatınbulaq 39. 14.10.2020 Füzuli Qarakollu 40. 14.10.2020 Xocavənd Bulutan 41. 14.10.2020 Xocavənd Məlikcanlı 42. 14.10.2020 Xocavənd Qırmızıqaya 43. 14.10.2020 Xocavənd Dağdöşü 44. 14.10.2020 Xocavənd Tağaser 45. 15.10.2020 Füzuli Arış 46. 15.10.2020 Cəbrayıl Doşulu 47. 15.10.2020 Xocavənd Edişə 48. 15.10.2020 Xocavənd Düdükçü 49. 15.10.2020 Xocavənd Edilli 50. 15.10.2020 Xocavənd Çiraquz 51. 16.10.2020 Xocavənd Xırmancıq 52. 16.10.2020 Xocavənd Ağbulaq 53. 16.10.2020 Xocavənd Axullu 54. 17.10.2020 Füzuli Füzuli ş. 55. 17.10.2020 Füzuli Qoçəhmədli 56. 17.10.2020 Füzuli Cuvarlı 57. 17.10.2020 Füzuli Pirəhmədli 58. 17.10.2020 Füzuli Musabəyli 59. 17.10.2020 Füzuli Çimən 60. 17.10.2020 Füzuli İşıqlı 61. 17.10.2020 Füzuli Dədəli 62. 18.10.2020 Cəbrayıl Hacılı 63. 18.10.2020 Cəbrayıl Hacı İsaqlı 64. 18.10.2020 Cəbrayıl Xudafərin q. 65. 19.10.2020 Cəbrayıl Soltanlı 66. 19.10.2020 Cəbrayıl Əmirvarlı 67. 19.10.2020 Cəbrayıl Maşanlı 68. 19.10.2020 Cəbrayıl Hasanlı 69. 19.10.2020 Cəbrayıl Alıkeyxalı 70. 19.10.2020 Cəbrayıl Qumlaq 71. 19.10.2020 Cəbrayıl Göyərçin Veysəlli 72. 19.10.2020 Cəbrayıl Niyazqulular 73. 19.10.2020 Cəbrayıl Keçəl Məmmədli 74. 19.10.2020 Cəbrayıl Şahvəlli 75. 19.10.2020 Cəbrayıl İsaqlı 76. 20.10.2020 Füzuli Dördçinar 77. 20.10.2020 Füzuli Kürdlər 78. 20.10.2020 Füzuli Yuxarı Əbdurrəhmanlı 79. 20.10.2020 Füzuli Qarğabazar 80. 20.10.2020 Füzuli Aşağı Veysəlli 81. 20.10.2020 Füzuli Yuxarı Aybasanlı 82. 20.10.2020 Cəbrayıl Safarşa 83. 20.10.2020 Cəbrayıl Həsənqaydı 84. 20.10.2020 Cəbrayıl Fuğanlı 85. 20.10.2020 Cəbrayıl İmambağı 86. 20.10.2020 Cəbrayıl Daş Veysəlli 87. 20.10.2020 Cəbrayıl Ağtəpə 88. 20.10.2020 Cəbrayıl Yarəhmədli 89. 20.10.2020 Xocavənd Ağcakənd 90. 20.10.2020 Xocavənd Mülküdərə 91. 20.10.2020 Xocavənd Daşbaşı 92. 20.10.2020 Xocavənd Günəşli 93. 20.10.2020 Xocavənd Çinarlı 94. 20.10.2020 Zəngilan Zəngilan ş. 95. 20.10.2020 Zəngilan Havalı 96. 20.10.2020 Zəngilan Məmmədbəyli 97. 20.10.2020 Zəngilan Həkəri q. 98. 20.10.2020 Zəngilan Şərifan 99. 20.10.2020 Zəngilan Muğanlı 100. 21.10.2020 Füzuli Gecəgözlü 101. 21.10.2020 Füzuli Aşağı Seyidəhmədli 102. 21.10.2020 Füzuli Zərgər 103. 21.10.2020 Cəbrayıl Balyand 104. 21.10.2020 Cəbrayıl Papı 105. 21.10.2020 Cəbrayıl Tulus 106. 21.10.2020 Cəbrayıl Tinli 107. 21.10.2020 Zəngilan Mincivan q. 108. 21.10.2020 Zəngilan Babaylı 109. 21.10.2020 Zəngilan Üçüncü Ağalı 110. 21.10.2020 Zəngilan Sarıl 111. 21.10.2020 Zəngilan Xumarlı 112. 21.10.2020 Zəngilan Hacallı 113. 21.10.2020 Zəngilan Xurama 114. 21.10.2020 Zəngilan Cahangirbəyli 115. 21.10.2020 Zəngilan Turabad 116. 21.10.2020 Zəngilan İçəri Müşlan 117. 21.10.2020 Zəngilan Qıraq Müşlan 118. 21.10.2020 Zəngilan Məlikli 119. 21.10.2020 Zəngilan Üdgün 120. 21.10.2020 Zəngilan Baharlı 121. 22.10.2020 Füzuli Mollavəli 122. 22.10.2020 Füzuli Yuxarı Rəfədinli 123. 22.10.2020 Füzuli Aşağı Rəfədinli 124. 22.10.2020 Cəbrayıl Sirik 125. 22.10.2020 Cəbrayıl Şıxlar 126. 22.10.2020 Cəbrayıl Məstalıbəyli 127. 22.10.2020 Cəbrayıl Dərzili 128. 22.10.2020 Zəngilan Kolluqışlaq 129. 22.10.2020 Zəngilan Malatkeşin 130. 22.10.2020 Zəngilan Zəngilan (kənd) 131. 22.10.2020 Zəngilan Genlik 132. 22.10.2020 Zəngilan Vəliqulubəyli 133. 22.10.2020 Zəngilan Qaradərə 134. 22.10.2020 Zəngilan Çöpədərə 135. 22.10.2020 Zəngilan Tatar 136. 22.10.2020 Zəngilan Tiri 137. 22.10.2020 Zəngilan Əmirxanlı 138. 22.10.2020 Zəngilan Qarqulu 139. 22.10.2020 Zəngilan Bartaz (kənd) 140. 22.10.2020 Zəngilan Dəlləkli 141. 22.10.2020 Zəngilan Ağbənd q. 142. 23.10.2020 Xocavənd Dolanlar 143. 23.10.2020 Xocavənd Bünyadlı 144. 23.10.2020 Cəbrayıl Dağ Tumas 145. 23.10.2020 Cəbrayıl Nüsüs 146. 23.10.2020 Cəbrayıl Xələfli q. 147. 23.10.2020 Cəbrayıl Minbaşılı 148. 23.10.2020 Zəngilan Vənədli 149. 23.10.2020 Zəngilan Mirzəhəsənli 150. 23.10.2020 Qubadlı Zilanlı 151. 23.10.2020 Qubadlı Kürd Mahruzlu 152. 23.10.2020 Qubadlı Muğanlı 153. 23.10.2020 Qubadlı Alaqurşaq 154. 25.10.2020 Zəngilan Birinci Alıbəyli 155. 25.10.2020 Zəngilan İkinci Alıbəyli 156. 25.10.2020 Zəngilan Rəbənd 157. 25.10.2020 Zəngilan Yenikənd 158. 25.10.2020 Cəbrayıl Qovşudlu 159. 25.10.2020 Cəbrayıl Sofulu 160. 25.10.2020 Cəbrayıl Dağ Maşanlı 161. 25.10.2020 Cəbrayıl Kürdlər 162. 25.10.2020 Cəbrayıl Hovuslu 163. 25.10.2020 Qubadlı Padar 164. 25.10.2020 Qubadlı Əfəndilər 165. 25.10.2020 Qubadlı Yusifbəyli 166. 25.10.2020 Qubadlı Çaytumas 167. 25.10.2020 Qubadlı Xanlıq 168. 25.10.2020 Qubadlı Sarıyataq 169. 25.10.2020 Qubadlı Mollabürhan 170. 25.10.2020 Qubadlı Qubadlı ş. 171. 26.10.2020 Cəbrayıl Çələbilər 172. 28.10.2020 Zəngilan Birinci Ağalı 173. 28.10.2020 Zəngilan İkinci Ağalı 174. 28.10.2020 Zəngilan Zərnəli 175. 28.10.2020 Füzuli Mandılı 176. 28.10.2020 Cəbrayıl Qazanzəmi 177. 28.10.2020 Cəbrayıl Xanağabulaq 178. 28.10.2020 Cəbrayıl Çullu 179. 28.10.2020 Cəbrayıl Quşçular 180. 28.10.2020 Cəbrayıl Qaraağac 181. 28.10.2020 Qubadlı Qiyaslı 182. 28.10.2020 Qubadlı Əbilcə 183. 28.10.2020 Qubadlı Qilican 184. 30.10.2020 Cəbrayıl Xudaverdili 185. 30.10.2020 Cəbrayıl Qurbantəpə 186. 30.10.2020 Cəbrayıl Şahvələdli 187. 30.10.2020 Cəbrayıl Xubyarlı 188. 30.10.2020 Zəngilan Aladin 189. 30.10.2020 Zəngilan Vejnəli 190. 30.10.2020 Qubadlı Kavdadıq 191. 30.10.2020 Qubadlı Məmər 192. 30.10.2020 Qubadlı Mollalı 193. 02.11.2020 Cəbrayıl Çapand 194. 02.11.2020 Cəbrayıl Qoşabulaq 195. 02.11.2020 Zəngilan Dərə Gilətağ 196. 02.11.2020 Zəngilan Böyük Gilətağ 197. 02.11.2020 Qubadlı İşıqlı 198. 02.11.2020 Qubadlı Muradxanlı 199. 02.11.2020 Qubadlı Milanlı 200. 04.11.2020 Cəbrayıl Mirək 201. 04.11.2020 Cəbrayıl Kavdar 202. 04.11.2020 Zəngilan Məşədiismayıllı 203. 04.11.2020 Zəngilan Şəfibəyli 204. 04.11.2020 Qubadlı Başarat 205. 04.11.2020 Qubadlı Qarakişilər 206. 04.11.2020 Qubadlı Qaracallı 207. 07.11.2020 Füzuli Yuxarı Veysəlli 208. 07.11.2020 Füzuli Yuxarı Seyidəhmədli 209. 07.11.2020 Füzuli Qorqan 210. 07.11.2020 Füzuli Üçüncü Mahmudlu 211. 07.11.2020 Füzuli Qacar 212. 07.11.2020 Füzuli Divanalılar 213. 07.11.2020 Cəbrayıl Yuxarı Məzrə 214. 07.11.2020 Cəbrayıl Yanarxac 215. 07.11.2020 Qubadlı Qəzyan 216. 07.11.2020 Qubadlı Balasoltanlı 217. 07.11.2020 Qubadlı Mərdanlı 218. 07.11.2020 Zəngilan Beşdəli 219. 07.11.2020 Xocalı Qarabulaq 220. 07.11.2020 Xocalı Baharlı 221. 07.11.2020 Xocavənd Ataqut 222. 07.11.2020 Xocavənd Hünərli 223. 08.11.2020 Şuşa Şuşa ş. 224. 09.11.2020 Füzuli Qobu Dilağarda 225. 09.11.2020 Füzuli Yal Pirəhmədli 226. 09.11.2020 Füzuli Yuxarı Yağlıvənd 227. 09.11.2020 Füzuli Dilağarda 228. 09.11.2020 Füzuli Seyidmahmudlu 229. 09.11.2020 Füzuli Ələsgərli 230. 09.11.2020 Füzuli Aşağı Güzlək 231. 09.11.2020 Füzuli Govşatlı 232. 09.11.2020 Füzuli Mirzəcamallı 233. 09.11.2020 Füzuli Şəkərcik 234. 09.11.2020 Füzuli Merdinli 235. 09.11.2020 Füzuli Şıxlı 236. 09.11.2020 Füzuli Qaraməmmədli 237. 09.11.2020 Füzuli Dövlətyarlı 238. 09.11.2020 Füzuli Hüseynbəyli 239. 09.11.2020 Füzuli Saracıq 240. 09.11.2020 Xocalı Dəmirçilər 241. 09.11.2020 Xocalı Çanaqçı 242. 09.11.2020 Xocalı Mədətkənd 243. 09.11.2020 Xocalı Sığnaq 244. 09.11.2020 Şuşa Daşaltı 245. 09.11.2020 Xocavənd Susanlıq 246. 09.11.2020 Xocavənd Binə 247. 09.11.2020 Xocavənd Tuğ 248. 09.11.2020 Xocavənd Ağdam 249. 09.11.2020 Xocavənd Azıx 250. 09.11.2020 Xocavənd Böyük Tağlar 251. 09.11.2020 Xocavənd Salakətin 252. 09.11.2020 Xocavənd Zoğalbulaq 253. 09.11.2020 Xocavənd Arakül 254. 09.11.2020 Xocavənd Tağaverd 255. 09.11.2020 Xocavənd Zərdanaşen 256. 09.11.2020 Xocavənd Şexer 257. 09.11.2020 Cəbrayıl Hüseynalılar 258. 09.11.2020 Cəbrayıl Söyüdlü 259. 09.11.2020 Cəbrayıl Aşağı Sirik 260. 09.11.2020 Cəbrayıl Qalacıq 261. 09.11.2020 Cəbrayıl Molla Həsənli 262. 09.11.2020 Cəbrayıl Əsgərxanlı 263. 09.11.2020 Cəbrayıl Yuxarı Nüsüs 264. 09.11.2020 Cəbrayıl Aşıq Məlikli 265. 09.11.2020 Cəbrayıl Niftalılar 266. 09.11.2020 Cəbrayıl Qərər 267. 09.11.2020 Qubadlı Yuxarı Mollu 268. 09.11.2020 Qubadlı Aşağı Mollu 269. 09.11.2020 Qubadlı Xocik 270. 09.11.2020 Qubadlı Qaraimanlı 271. 09.11.2020 Qubadlı Xəndək 272. 09.11.2020 Qubadlı Həmzəli 273. 09.11.2020 Qubadlı Mahruzlu 274. 09.11.2020 Qubadlı Hal 275. 09.11.2020 Qubadlı Ballıqaya 276. 09.11.2020 Qubadlı Ulaşlı 277. 09.11.2020 Qubadlı Tinli 278. 09.11.2020 Qubadlı Xocahan 279. 09.11.2020 Qubadlı Boyunəkər 280. 09.11.2020 Qubadlı Qaraqoyunlu 281. 09.11.2020 Qubadlı Çərəli 282. 09.11.2020 Zəngilan Keçikli 283. 09.11.2020 Zəngilan Ördəkli 284. 09.11.2020 Zəngilan Sobu 285. 09.11.2020 Zəngilan Qaragöz 286. 09.11.2020 Zəngilan İsgəndərbəyli 287. 09.11.2020 Zəngilan Bartaz q. 288. 09.11.2020 Zəngilan Bartaz (2300 m) 289. 09.11.2020 Zəngilan Sığırt (1370 m) 290. 09.11.2020 Zəngilan Şükürataz (2000 m) 291. 09.11.2020 Laçın Güləbird 292. 09.11.2020 Laçın Səfiyan 293. 09.11.2020 Laçın Türklər 294. 20.11.2020 Ağdam Ağdam 295. 25.11.2020 Kəlbəcər Kəlbəcər 296. 01.12.2020 Laçın Laçın aia.az Geri dön |