Ana Sayfa > Siyasət > Səfir: "Macarıstan və Azərbaycan qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini davam etdirəcək"
Səfir: "Macarıstan və Azərbaycan qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini davam etdirəcək"10-12-2016, 13:46. Yazar: admin |
"Macarıstan və Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir, iki ölkə lideri arasında qarşılıqlı etibara əsaslanan münasibət var". Aia.Az xəbər verir ki, bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib. Diplomatın sözlərinə görə, iki ölkə arasında nazirliklər səviyyəsində möhkəm əlaqələr var. Eləcə də yüksək səviyyədə humanitar əlaqələr mövcuddur. Səfir bildirib: "Azərbaycanda Budapeştə birbaşa reyslər təşkil edən Macarıstanın "Wizz Air" aviaşirkətinin fəaliyyət göstərməsi müsbət haldır. Bu, bizim ölkə vətəndaşlarına bir-birilərini yaxından tanımağa kömək edir. Macarlar və azərbaycanlılar ruhən yaxındırlar, bizdə böyüklərə hörmət, adət-ənənəmizə sahib çıxma kimi keyfiyyətlər önəmlidir". Diplomat həmçinin vurğulayıb ki, 2016-cı ilin mart ayı ikitərfli münasibətlərdə önəmli bir ay oldu, belə ki, Macarıstanın baş naziri Viktor Orban Azərbaycana səfər etdi. Səfir deyib: "İki il qabaq Azərbaycan prezidenti Macarıstana səfər etdi, martda tərəflər razılaşdılar ki, hər il səfərlər olsun". Qeyd edək ki, gələn ilin yanvar ayından Macarıstanın səfirliyi Bakıda NATO-nun kontakt ofisi funksiyasını həyata keçirməyə başlayacaq. aia.az Geri dön |