Ana Sayfa > Manşet / Siyasət > "Sülh müqaviləsini COP29-a qədər imzalağı təklif etmişik" -

"Sülh müqaviləsini COP29-a qədər imzalağı təklif etmişik" -


26-09-2024, 09:54. Yazar: sevinc1
"Sülh müqaviləsini COP29-a qədər imzalağı təklif etmişik" -

"Mən və rəhbərlik etdiyim hökumət regionumuzda münaqişəyə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək öhdəliyimizə sadiqik".

aia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi “Sülh naminə liderlik” sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı dövlətlərarası münasibətlərdə gücdən istifadənin, təcavüz aktlarının, insan hüquqlarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının normal hesab edildiyi vəziyyətlərin yaradılması cəhdlərinə qarşı durmalıdır: "Bugünkü müzakirəmizin mövzusu “Sülh naminə liderlik” olduğundan, sülhün liderlik və həqiqi siyasi cəsarət tələb etdiyinə inandığımı bölüşmək istəyirəm.

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Erməni tərəfi sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin Bakıda keçiriləcək COP29-a qədər imzalanmasını və bununla da sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühitin yaradılmasını təklif edib.

Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsü regionun iqtisadi potensialını açmaq və iqtisadi və mədəni əlaqələri gücləndirmək, bununla da bütün xalqların rifahı naminə siyasi dialoqu və hərtərəfli sülhün əldə olunmasını təşviq etmək məqsədi daşıyır. Biz müsbət impulsdan istifadə etməyə və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan demarkasiya komissiyalarımız arasında nizamlanma əsasında sərhədin demarkasiyası prosesini davam etdirməyə hazırıq.

Ermənistanın regionda ədalətli və davamlı sülhün bərqərar olması səylərinə Birləşmiş Millətlər Təşkilatı tərəfindən güclü və birmənalı dəstək son dərəcə vacibdir".

aia.az
Geri dön