Ana Sayfa > Özəl > İkinci Qarabağ müharibəsi və Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir

İkinci Qarabağ müharibəsi və Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir


Dünən, 19:45. Yazar: sevinc1
İkinci Qarabağ müharibəsi və Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir

Yeni formalaşan parlament öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcək

Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bir daha bu çağırışı etdi ki, gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir

2024-cü il müstəqillik tariximizə seçki ili kimi yazılacaq. Ötən ilin 20 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Bu yeni dövr qürurverici hadisələrlə başladı. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1 sentyabrda parlament seçkiləri keçirildi. Bu seçkilər, eyni zamanda, Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifələr yazdı. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan bu seçki proseslərini də beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atdı.
Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bu kimi məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Yeni formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
Cənab İlham Əliyev çıxışında Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək ölkə qarşısında dayanan vəzifələrə diqqəti yönəltdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı.
Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlar, dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə davamlı töhfələri 44 günlük müharibə tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasında öz sözünü dedi. Son 21 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın diplomatik uğurlarının davamlılığını şərtləndirdi. Bircə məqamı qeyd etmək kifayətdir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» həm gücümüzün, həm də birliyimizin dünyaya təqdimatı oldu.
Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında «Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir» söyləyərək onu da bildirdi ki, biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma Bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər.
bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq: «Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq.»
Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında «Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır» söyləyərək bu reallığı da diqqətə çatdırdı ki, istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir: «Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir.»

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön