Ana Sayfa > Özəl > İnam heç vaxt qırılmamalıdır. Xankəndi şəhərində Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ

İnam heç vaxt qırılmamalıdır. Xankəndi şəhərində Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ


Bu gün, 17:48. Yazar: sevinc1
İnam heç vaxt qırılmamalıdır. Xankəndi şəhərində Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ

Universitetinin təmirdən sonra açılışı oldu. Qarabağ Universitetinin açılışı Azərbaycanda əlamətdar bir tarixə - Dövlət Suverenliyi Gününə təsadüf etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev 20 sentyabr tarixini Dövlət Suverenlik Günü kimi təsis edilməsi ilə bağlı Sərəncamı bizim tarixi bayramlarımız içərisində mühüm bir hadisədir. 20 sentyabr antiterror əməliyyatından sonra yenidən öz əzəli sahibinə qayıdan Xankəndidə Qarabağ Universitetinin yaradılması və qısa müddət ərzində tədris ilinin başlanmasının təşkili hər bir azərbaycanlını qürurlandırır. Çünki tarixin bu günündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz birgünlük lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyünü tam bərpa edib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu, artıq şanlı tariximizdir və Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bütün bu amillər isə Azərbaycan Ordusunda, arxa cəbhədə olan yüksək mənəvi-psixoloji hazırlığın, vətən sevgisinin bariz nümunəsidir. Mənəvi üstünlük, milli düşüncə olmasa, ən güclü ordu belə qələbə qazana bilməz. Dünya hərb tarixində olan faktlar da bunu təsdiq edir. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq öz qəhrəmanları ilə fəxr edir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirləri müasir Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Dövlət başçısının da qeyd etdiyi kimi, “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. Azərbaycan xalqının bütün çətinliklərə baxmayaraq, öz tarixi torpaqlarına qayıtmaqla bağlı heç vaxt ümidi itirməmişdi və bir gün tarixi ədalətin zəfər çalacağına əmin idi”. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, konstitusiya quruluşu bütün ölkə ərazisində bərqərar edildi. Ölkə başçısı da vurğuladı ki, “Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır”.
İlham Əliyev liderliyinin ən başlıca xüsusiyyəti onun sözünün ağası olmasıdır. Dövlətimizin başçısının hər bir fikri reallıqla fiksasiya əhəmiyyətinə malikdir. Yəni, o, nəyi dilə gətirirsə, dediyini mütləq həyata keçirir. Məhz planlılıq, strateji yanaşma İlham Əliyevin mahir siyasətçi obrazını tamamlayır. Bu gün bu obraz, eyni zamanda, güclü, qüdrətli Azərbaycanın obrazıdır.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini

 



Geri dön