Ana Sayfa > Aia TV > Türkiyə konstitusiyasına dəyişikliklər sabah parlamentin müzakirəsinə çıxarılacaq
Türkiyə konstitusiyasına dəyişikliklər sabah parlamentin müzakirəsinə çıxarılacaq9-12-2016, 19:07. Yazar: admin |
Türkiyə konstitusiyasına ediləcək dəyişikliklər layihəsi sabah Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq. Aia.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, konstitusiyaya dəyişikliklər ölkəni daha da güclü edəcək. Qeyd edək ki, Konstitusiyaya təqdim olunan dəyişikliklərə əsasən, Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi nəzərdə tutulur. Dəyişikliklərin qəbul olunması üçün parlamentdə 367 millət vəkili layihənin lehinə səs verməlidir. aia.az Geri dön |