Ana Sayfa > Manşet / Özəl > Gülər Sultanzadə: "Qəbi Azərbaycana yol görünür "

Gülər Sultanzadə: "Qəbi Azərbaycana yol görünür "


Bu gün, 11:30. Yazar: sevinc1
Gülər Sultanzadə: "Qəbi Azərbaycana yol görünür "

Qərbi Azərbaycan
İcması hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir.. 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında birliyin "Qərbi Azərbaycan İcması" adı ilə yenidən təşkil olunub. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Gülər Sultanzadə onu da əlavə edib ki, ötən il Qərbi Azərbaycan İcmasının nümayəndə heyyəti Cenevredə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İcraiyyə Komitəsinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının və "Cenevrə Geostrateji Observatoriyası" təşkilatının məsul şəxsləri ilə görüşlər keçirmişdir. Azərbaycanlıların Ermənistana qayıdışı və reinteqrasiyası məsələləri müzakirə edilmişdir. Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcması rəhbərliyi və icmaya daxil olan azərbaycanlılarla görüş keçirmişdir. Görüşdə azərbaycanlıların Ermənistana qayıdışı məsələsi müzakirə edilmişdir. Miyatoviç qayıdış məsələsinin siyasi iradə tələb etdiyini bildirmiş, bu məsələlərlə bağlı özünün səlahiyyətlərinə uyğun olaraq işləyəcəyini qeyd etmişdir. Cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında icma üzvləri ilə görüşündə də bu məsələlərə xüsusi diqqət yetirmiş və bildirmişdir ki, “Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.”
Bu əminlik təbii ki, Qərbi azərbaycanlılar üçün böyük ümiddir, stimuldur. İnsanların dədə-baba yurdlarına qayıdışın dəstəklənməsi və bu istiqamətdə işlərin aparılması isə yurda yolun görünməyi deməkdir. Təbii ki, güclü iradəsi, yurd sevdası olan xalqımız buna da nail olacaq. Zaman-zaman bu torpaqlardan deportasiya olan soydaşlarımızın əzmkarlığı, ümidlərinin itməməsi bu günün uzaqda olmadığından xəbər verir. Son yaxın tarixdə Qarabağın və Şərqi Zəngəzurun işğalı təbii ki, növbəti faciəmiz idi. Bu o deməkdir, təkcə XX əsrdə xalqımız çox böyük bəlalarla üzləşmişdir. Ancaq xalq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da işlənib. Qarabağ münaqişəsi həll olunandan sonra qarşıda duran əsas məsələ budur. Sevindirici hal bir də odur ki, Qayıdış Konsepsiyası da daxil olmaqla, İcmanın BMT-də 4 sənədinin bu təşkilatın rəsmi sənədi kimi yayılıb, nüfuzlu beynəlxalq təşkilatlara edilən müraciətlər, onlardan geri alınan cavablar (UNESCO, Aİ) ümidləri artırıb. Berlində İcmanın rəhbər heyəti ilə dünyanın müxtəlif yerlərində yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın görüşləri də İcmanın beynəlxalq istiqamətdə fəaliyyətinin uğurudur və əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesini sürətləndirməkdir. Bütün bunlarla bərabər Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərlininin də qayıdışla bağlı maraqlı görüşləri olub və Türkiyənin hakim partiyasının (AK Parti) sədr müavini, Türkiyənin millət vəkili Zəfər Sırakaya ilə fikir mübadiləsi aparılmış, azərbaycanlıların Ermənistana qayıtmaq məsələsi müzakirə edilmişdir. Önəmli olan həm də İcmanın sədri tərəfindən vaxtaşırı ictimaiyyətə hesabat xarakterli məlumatların verilməsidir-deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Geri dön