Ana Sayfa > Özəl > 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi

44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi


Bu gün, 13:00. Yazar: sevinc1
44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi

İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir.
44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. “Dəmir yumruq” əməliyyatı nəticəsində 28 ildən sonra şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma yurdumuza qovuşmaq bizə nəsib oldu. 44 gün ərzində apardığımız bu haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və köməyini əsirgəmədi. Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi  bu günün, dünənin dostluğu deyil. Bu dostluq, qardaşlıq dərin köklərə, tarixə malikdir. “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını daim  faktlar əsasında diqqətə çatdırır.  Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu  bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə  haqq işimizin müdafiəsi üçün  bizim qədər əzmkarlıq göstərir. Rəsmi dövlət  nümayəndələrinin, eyni zamanda,    güclü diasporun   Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda  atılan ciddi siyasi addımlar hesab edilir. İki qardaş dövlət arasında olan münasibətlərin fəlsəfi ideoloji xəttini ulu öndər Heydər Əliyev qoyub. Burada əsas dövlətlər arasındakı bağlayıcı tezis “Bir millət, iki dövlət” ifadəsidir. Dost və qardaş olan bu iki dövlət arasındakı səmimi münasibətlər uğurlu siyasətin məntiqi nəticəsi olaraq daha da yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı həm də regionda sabitliyin, tərəqqinin olmasına mühüm töhfələr verir. Azərbaycan xalqı və dövləti olaraq, Türkiyənin dəstəyini hər zaman hiss etmişik. İstənilən taleyüklü tarixi məqamlarda türk xalqının və dövlətinin qüdrətli əlini çiynimizdə görmüşük.
Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı.  Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaq. Türkiyənin regionda gücü postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır.Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamları hər iki dövlətin gələcək nəsilləri üçün qoyduğu çox dəyərli bir mirasdır

Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Geri dön