Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Rayon avtomobillərinin Bakıya girişinə qadağa qoyuldu

Rayon avtomobillərinin Bakıya girişinə qadağa qoyuldu


15-09-2015, 09:52. Yazar: admin

Ödənişsiz dayanacaqların ünvanları göstərilib.

Bu gün saat 7:00-dan başlayaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağandır.

Aia.az xəbər verir ki, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib.

Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilər.

Qeyd edək ki, rayon qeydiyyatında olan avtomobillər üçün ödənişsiz dayanacaq Bakı-Quba-Rusıya Federasıyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində və “VAZ yol qovşağı” adlanan sahəsində, eləcə də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15 kilometrliyində yaradılıb.
Geri dön