Ana Sayfa > Şou-biznes / Manşet > "Bu gün Moskva İrəvandan çox, Bakıya etibar edir."

"Bu gün Moskva İrəvandan çox, Bakıya etibar edir."


23-06-2015, 08:16. Yazar: admin
"Bu gün Moskva İrəvandan çox, Bakıya etibar edir."

Moskva İrəvandan qəti üz döndərir
Davil Şahnazaryan: "Bu gün Moskva İrəvandan çox, Bakıya etibar edir"


Aia.az
xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu fikri "Rusiyaya inteqrasiya prosesi və ona bağlı böhran" mövzusunda keçirilən müzakirələrdə Ermənistanın sabiq milli təhlükəsizlik naziri, "Razılıq" Mərkəzinin sədri David Şahnazaryan bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Çünki, hər iki ölkə anti-Amerika mövqeyinə üstünlük verir. Bu ölkələr arasındakı əlaqələr daha fəal inkişaf edir. Ümumiyyətlə, Ermənistan və onun hakimiyyəti Moskvanın etibarlılığını daha az qazanıb, nəinki Azərbaycan hakimiyyəti.

O deyib ki, bu gün Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi mexanizmləri haqqında daha açıq danışılır, həmçinin Azərbaycan Avrasia İqtisadi İttifaqına daxil olmaq üçün öz şərtlərini açıq şəkildə diktə edir və bu şərt Dağlıq Qarabağın qaytarılmasıdır.

Postsovet məkanında Rusiyanın siyasəti haqqında danışan D.Şaxnazaryan vurğulayıb ki, Rusiya Ermənistana qarşı bütün təsir mexanizmlərindən, o cümlədən iqtisadi, siyasi və təhlükəsizlik amilindən məharətlə istifadə edir və hakimiyyətə təzyiqini daha da artırır. Rusiya Belarusa yalnız iqtisadi cəhətdən təsir göstərməyə cəhd edir. Gürcüstanda isə daxili siyasi gücləri təşkilat halında toplayaraq bu ölkəni təsir dairəsinə salmağa çalışır.

Sabiq nazir Ukrayna barədə danışaraq deyib ki, yaranmış real vəziyyətdə Ukraynanın şərqində münaqişəni siyasi yolla həll etmək mümkün deyil. Yaranmış vəziyyətin siyasi həlli yalnız Rusiyada rejimin dəyişməsi halında mümkündür."

Təbii ki, Şahnazaryan bu açıqlamaları müxtəlif cür yozula bilər. Onun "Azərbaycan anti-Amerika mövqeyinə sahibdir" fikri isə kökündən tamamilə yanlışdır. Bu, sadəcə ABŞ ilə Azərbaycan arasındakı normal münasibətləri zədələmək üçün deyilən sözdür. Azərbaycan istər qonşu, istər regional, istərsə də beynəlxalq məkanda etibarlı tərəfdaş kimi daim xarici ölkələrlə əməkdaşlığa üstünlük verir və xarici siyasətini öz maraqlarına uyğun həyata keçirir.

Digər tərəfdən, Şahnazaryanın "Bu gün Moskva İrəvandan çox, Bakıya etibar edir" fikrini söyləməsi təbii ki, İrəvanda sarsılan, laxlayan Serj Sarkisyan hakimiyyətinin yıxılmasına yönəlib. O, Rusiya ilə Ermənistan arasındakı münasibətlərin korlanması mesajını iqtidardan üz döndərən narazı insanlara çatdırmaqla onlara ürək-dirək verir, ümid yerinin Rusiya yox, Qərb olduğunu diqqətə çatdırmağa çalışır.
Geri dön