Ana Sayfa > Manşet / İqtisadiyyat > "Bu, vergi siyasəti vasitəsilə dəstəklənəcək" -
"Bu, vergi siyasəti vasitəsilə dəstəklənəcək" -25-09-2024, 11:48. Yazar: sevinc1 |
Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə də dəstəklənəcək. aia.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib. O bildirib ki, vergi siyasəti iqtisadi və siyasi proseslərin mühüm həlqəsidir və bu effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və yaşıl texnologiyalardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq. “Dövlət Vergi Xidməti ekoloji və yaşıl vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni araşdırır. Azərbaycanın yaşıl keçid üçün həyata keçirdiyi tədbirlər ölkəmizlə məhdudlaşmır. Məqsədimiz bir sıra regional, hətta qlobal təşəbbüslər reallaşdırmaqdır. Azərbaycanda tətbiq edilən təcrübələrin, müəyyən mənada pilot layihələrin ən azı regional tətbiqini qiymətləndirməliyik. Ölkəmiz bu prosesə bir çox töhfələr verə bilər. Təbii olaraq bu prosesi təkbaşına həyata keçirməməliyik. İstənilən siyasətin və alətlərin geniş effektinə nail olmaq üçün onu beynəlxalq tərəfdaşlarla birlikdə etməliyik”, - deyə nazir qeyd edib. aia.az Geri dön |