Ana Sayfa > Ölkə > Köçərli Həsənov

Köçərli Həsənov


Bu gün, 10:47. Yazar: sevinc1
Köçərli Həsənov

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Fəriş oğlu Həsənov bəfat edib.

aia.az xəbər verir ki, o, dünən gecə saatlarında dünyasını dəyişib.

K.Həsənov Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında vəfat edib.

Köçərli Həsənov 10 noyabr 1961-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olub.

Qeyd edək ki, K.Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.

Allah rəhmət etsin!

aia.az
Geri dön