Ana Sayfa > Ölkə / Karusel > Sumqayıtda iki məktəbli zəhərləndi
Sumqayıtda iki məktəbli zəhərləndi24-09-2024, 17:36. Yazar: sevinc1 |
Sumqayıtda iki məktəbli zəhərlənib. aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. "23.09.2024-cü il tarixində 2013-cü il təvəllüdlü 2 azyaşlı saat 15:30 radələrində yaxınları tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib. Dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu təyin edilən azyaşlılara təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və daha sonra ixtisaslı tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub", - R.Məmməd qeyd edib. O bildirib ki, KTM-ə təxliyə olunan azyaşlıların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib. "Vəziyyətləri normallaşan hər iki azyaşlı həmin gün ambulator müalicə üçün evə buraxılıb", - deyə o əlavə edib aia.az Geri dön |