Ana Sayfa > Özəl > Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir


Bu gün, 17:05. Yazar: sevinc1
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

2024-cü il sentyabrın 20-də Xankəndidə Qarabağ Universitetinin açılışı müasir Azərbaycan tarixində, ölkəmizin təhsil sistemində mühüm hadisədir. Bu münasibətilə Prezident cənab İlham Əliyev Qarabağ Universitetində çıxışında olduqca vacib mesajlar verdi, mühüm məsələlərdən bəhs etdi. Ölkəmizin başçısı bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu tərəfindən Azərbaycanın dövlət suverenliyinin, konstitusiya quruluşunun bərqərar edildiyini vurğuladı.

Hamımız qürurla cənab Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışını izlədik. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Universitetdə ölkəmizin hər bir bölgəsindən tələbə var və fəxr olunası haldır ki, yüksək bal toplayan tələbələrin seçimi Qarabağ Universiteti oldu.Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüş özündə mühüm çağırışları ehtiva edir. Cənab İlham Əliyevin Qarabağ Universitetinin yaradılması haqqında Sərəncamında da qeyd olunurdu ki, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə imzalanan bu Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrası hədəflərə nail olmağa geniş imkanlar yaradacaq.Müzəffər Ali Baş komandan İlham Əliyevin 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində çıxışı zamanı qeyd etdiyi kimi, əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi. Qarabağ Universitetinin açılışının 20 sentyabrda baş tutması təsadüfi tarix deyil. Düz bir il bundan əvvəl 20 sentyabrda qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq.  Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən başlayır.  Dövlət başçısı İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə onu da vurğuladı ki, bu günü, Dövlət Suverenliyi Gününü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək. O da qeyd edildi ki,  düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Azərbaycanın beynəlxalq arenada mövqeyi daha da gücləndi və ölkə regionda sabitlik və təhlükəsizliyin təminatçısı olaraq öz rolunu təsdiqlədi. Azərbaycan Ordusunun gücü və peşəkarlığı, həmçinin beynəlxalq hüquqa və sülhə bağlılığı bir daha sübut edildi.

Kəklik İbrahimova,
Gədəbəy rayon Düzyurd kənd tam orta məktəbinin direktoru - fəal gənc

Geri dön