Ana Sayfa > Siyasət > Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə etdilər

Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə etdilər


24-09-2024, 17:02. Yazar: sevinc1
Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə etdilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sbika ilə görüşüb.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın cari aspektləri və perspektivlərini müzakirə ediblər.

Onlar həmçinin münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar aspektləri barədə danışıblar.

Nazirlər həmçinin regiondakı mövcud vəziyyət və Azərbaycanın COP29-a hazırlığı barədə fikir mabdiləsi aparıblar.

aia.az
Geri dön