Ana Sayfa > Özəl > Qarabağ Universiteti – milli təhsilimizə Zəfər töhfəsi

Qarabağ Universiteti – milli təhsilimizə Zəfər töhfəsi


Bu gün, 16:43. Yazar: sevinc1
Qarabağ Universiteti – milli təhsilimizə Zəfər töhfəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.Cənab prezident İlham Əliyev Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə əbədi fəxr edəcəyik.Ordumuz çətin coğrafi şəraitdə, düşmənin bütün müdafiə xətlərini yararaq irəliləmiş, Şuşa kimi alınmaz qalanı yüngül silahlarla azad etmiş, müasir tarixdə misli görünməmiş bir rəşadətlə, peşəkarlıqla Zəfər qazanmışdır. Tarixi Zəfərimiz nəticəsində illərdir Vətən həsrəti çəkən keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri qayıtmağa başlamışdır.Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı da görülən işlərin tərkib hissəsidir.
Səfər çərçivəsində Prezident İlham Əliyev tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub. Tələbələrin yaşaması üçün nəzərdə tutulan yataqxana mənzil tipli 5 binadan ibarətdir. Binaların hamısı müasir standartlar səviyyəsində əsaslı təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Yataqxanada istirahət guşələri, yeməkxana və idman sahəsi də fəaliyyət göstərəcək. Ümumilikdə, 1154 tələbənin yataqxanada ödənişsiz əsaslarla məskunlaşması təmin edilib.Ümummiyyətlə cənab İlham Əliyevin Qarabağa hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
Göründüyü kimi, Azərbaycanın iqtisadi imkanlarının günü-gündən artması Dövlət proqramlarının icrasına zəmin yaradır. Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Çünki bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyün nüfuza sahib olan bir dövlətdir.
Beləliklə, yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli tarixi sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açmaqdadır.

Mehman Ramazanov ,
YAP Oğuz rayon təşkilatının sədr müavini
Geri dön