Ana Sayfa > Şou-biznes > "Bizim öncədən də problemlərimiz var idi" -

"Bizim öncədən də problemlərimiz var idi" -


Bu gün, 15:50. Yazar: sevinc1
"Bizim öncədən də problemlərimiz var idi" -

"Məsələnin bu yerə gəlib çatdığına görə tamaşaçılardan üzr istəyirəm. Mahnını almışam, çek, səsyazısı, sözlərini necə dəyişməyimin sübutu varımdır. Qarşı tərəfdən sübut istədim ki, məndən əvvəl aldığınızı göstərin. Sonra sizə halallıq verəcəyəm. Etmədilər, acıq verdilər. Mən də geri çəkilmədim. Bizim öncədən də problemlərimiz var idi. Hər şeyin bu yerə gəlməyinə də səbəb odur".

aia.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova "Bizimləsən" verilişində deyib. Proqrama virtual qoşulan Vəfa Şəbnəm Tovuzlu ilə aralarındakı mübahisənin mahnıdan əvvəl başladığını deyib.

"Qanunsuz şəkildə mahnım silindi. Məlum oldu ki, köməkçim Nadir Kərimova saatlarla zəng çatmır. Məsələni hüquq mühafizə orqanları nəzarətə götürüb. Məsələyə ciddi yanaşılır. Ona görə də bu haqda geniş açıqlama verməyi düzgün hesab etmirəm. İşçimin can güvənliyindən narahat idim. İşçimə link göndəriblər ki, Vəfa xanım haqda pis video yayımlanıb. O da bilmədən linkə vurub və instaqram götürülüb. İlk ağlıma gələn Şəbnəm oldu. Amma o da övladının canına and içdi ki, mənlik deyil. Heç bir ana övladının canına yalandan and içməz, ona inanıram".

Qeyd edək ki, Şəbnəmlə Vəfanın qalmaqal yaşamasına səbəb Vəfanın Şəbnəmin keçmiş sevgilisi ilə birlikdə olmasıdır. Hazırda isə onların davasına səbəb "Sən olan yer cənnətdir" mahnısıdır. Bəstəkar mahnını hər iki ifaçıya satıb.

aia.az
Geri dön