Ana Sayfa > Karusel / Siyasət > XİN:

XİN:


24-09-2024, 13:38. Yazar: sevinc1
XİN:

Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.

aia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir: “Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur”.

Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.APA

aia.az
Geri dön