Ana Sayfa > Karusel / Ölkə > Atası ilə mübahisə edən məktəbli intihar etdi

Atası ilə mübahisə edən məktəbli intihar etdi


Bu gün, 13:16. Yazar: sevinc1
Atası ilə mübahisə edən məktəbli intihar etdi

İmişli rayonunda məktəbli intihar edib.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Aşağı Qaralar kəndində baş verib.

Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü Əliağa İsi oğlu Şahbazlı bibisinə məxsus evin həyətində özünü asıb.

Onun meyitini yaxınları aşkar ediblər.

Bildirilir ki, orta məktəbin 9-cu sinif şagirdi olan Əliağa hadisədən əvvəl atası ilə mübahisə edib. O, daha sonra bibisigilin həyətinə gedərək həyatına qəsd edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

aia.az
Geri dön