Ana Sayfa > Özəl > Bu il Afrikada 30 minə yaxın meymun çiçəyi hadisəsi qeydə alınıb

Bu il Afrikada 30 minə yaxın meymun çiçəyi hadisəsi qeydə alınıb


Bu gün, 13:00. Yazar: sevinc1
Bu il Afrikada 30 minə yaxın meymun çiçəyi hadisəsi qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Afrikada təqribən 30 min şübhəli meymun çiçəyi virusu hadisəsinin görüldüyünü açıqlayıb. Qeyd olunub ki, halların əksəriyyəti Konqo Demokratik Respublikasında olub.Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi hesabata görə, ilin əvvəlindən sentyabrın 15-dək Afrika qitəsində 29 min 342 şübhəli M pox virusu aşkar edilib və 812 nəfər ölüb.ÜST qeyd edib ki, avqust ayında dünyada 2082 Mpox hadisəsi təsdiqlənib və bu rəqəm 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyədir.

Afrika Birliyi Xalq Sağlamlığı Agentliyi 2023-cü ildə epidemiyadan təsirlənən 7 ölkədə 14 min 957 hadisənin və 739 ölüm halının aşkar edildiyini açıqlayıb. Agentlik həmçinin bildirib ki, 2022-ci ildə başlayan M pox epidemiyasında halların sayı hazırda 78,5 faiz artıb.

Dünya Bankı şənbə günü epidemiya ilə mübarizə üçün 10 Afrika ölkəsinə 128,89 milyon dollar verəcəyini açıqlayıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön