Ana Sayfa > Ölkə > Xocasəndə yanğın

Xocasəndə yanğın


Bu gün, 11:40. Yazar: sevinc1
Xocasəndə yanğın

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən aia.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış evlərinin yaxınlığında məişət tullantılarının yandığı müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

aia.az
Geri dön