Ana Sayfa > İdman > UEFA "Qarabağ"ı 28500 avro cərimələyib
UEFA "Qarabağ"ı 28500 avro cərimələyib23-09-2024, 11:28. Yazar: sevinc1 |
UEFA "Qarabağ" klubunu 28500 avro cərimələyib. aia.az-ın xəbərinə görə, buna "köhlən atlar"ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub. Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək. Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib. aia.az Geri dön |