Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı


Bu gün, 09:27. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Sentyabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

aia.az
Geri dön