Ana Sayfa > Siyasət > Cənab Ali Baş Komandan İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini çox yaxşı bilir

Cənab Ali Baş Komandan İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini çox yaxşı bilir


Bu gün, 15:17. Yazar: sevinc1
Cənab Ali Baş Komandan İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini çox yaxşı bilir

2020-ci ilin noyabrında müharibə bitdikdən sonra ötən 3 il ərzində biz Ermınistanı sərhədlərimizdə möhkəmlənməyə qoymadıq. O tərəfdə bütün sərhəd boyu yüksəklikləri nəzarətə götürdük, Ermənistandan Qarabağa silah sursat daşınmasının qarşısını aldıq, ermənilər Qarabağda bir santimetr belə əlavə tranşeya qaza, istehkam qura, möhkəmlənə bilmədilər. Biz ara sıra toqquşmalarda qurbanları da ona görə verdik ki, düşməni güclənməyə, yeni mövqelər əldə etməyə qoymayaq. Sentyabrın 20-də həyata keçirilmiş antiterror tədbirlərinin uğuru həm də 3 il ərzində ordumuzun daha da güclənməsi demək oldu. Kim necə düşünür, düşünsün, amma həqiqətən də cənaab Prezident İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini çox yaxşı bilir. Torpağı qanla vermişdik, qanla da almalıydıq, aldıq da. Şəhidlırimizi ağlamalıyıq, ağlayırıq da. Amma bu gün göz yaşlarımız 90-cı illərdə aşağılanmış, təhqir edilmiş insanlarımızın göz yaşları deyil, qürur hissi keçirən, başını dik tutan, şəhidlırimizlə, igidlərimizlə fəxr edən xalqımızın göz yaşlarıdır. Şükür ki, az itki hesabına tariximizdə daha bir parlaq qələbə səhifəsi açdığımızın əhəmiyyətini görürük, dərk edirik. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazisində qalan qeyri-qanuni silahlı birləşmələr məhv edildi və çox uğurlu bir hərbi əməliyyat keçirildi. Bunun nəticəsində Azərbaycan bütün ərazisində suverenliyini bərqərar elədi, konstitusion quruluş təmin olundu. Çünki 44 günlük Vətən müharibəsində Şanlı Ordumuz Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdi. Bir güllə atılmadan Ağdam, Laçın və Kəlbəcər azad olundu. Lakin buna baxmayaraq Ermənistan sülh ilə bağlı təkliflərdən boyun qaçıraraq əraziyə muzdlular, silahlılar, minalar, silah-sursat və texnika cəlb elədi və seperatizm cərəyanı yeni bir istiqamət aldı.
Lokal xarakterli anti-terror əməliyyatlarından sonra bölgədə olan ermənilər könüllü surətdə regionu tərk elədilər və Ermənistana üz tutdular. Çünki elə Ermənistan pasportunu daşıyırdılar. Azərbaycan reinteqrasiya ilə bağlı müxtəlif layihələr, planlar, təkliflər, tövsiyələr irəli sürsə də, bundan ermənilər boyun qaçırdı. Və bu seperatçıların rəhbərlərinin göstərişi ilə baş verdi. Bunun ardınca, Rusiya sülhməramlıları da ölkəni tərk etdilər. Bu da Rusiya və Azərbaycan arasında münasibətlərdə inamın, etimadın və reallığın bir təsbiti idi.
Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğu nə qədər davam etməliydi? Axı, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməliydilər. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Buna cavab olaraq Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli anti-terror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydular, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olundular. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Hər kəsə bəllidir və ilk növbədə, məhz bu nəzərə alınmalıdır ki, əməliyyat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirilib və ən əsas tezis də, cavab da elə budur. Digər tərəfdən də, Azərbaycan mülki deyil, hərbi hədəfləri nişana alıb və burada da qeyri-adi nə isə, yaxud, hansısa qanun pozuntusu yoxdur. Azərbaycan tərəfi hər zaman olduğu kimi, bu dəfə də hərbi cinayətlərə al atmayıb və ordumuzun öz məsuliyyətini çox yaxşı başa düşdüyü 44 günlük müharibədə də, sonuncu antiterror tədbirlərində də özünü göstərdi. Diqqət çəkən odur ki, Azərbaycan heç zaman mülki obyektləri hədəf seçməyib. Çünki biz ermənilərdən fərqli olaraq, haqqımız uğrunda, bizə məxsus olan dəyərlər uğrunda mübarizə aparırıq, onlara sahib çıxmaq üçün addım atırıq. Azərbaycan qanunsuz, yaxud beynəlxalq hüququn norma və prinsiplərini pozacaq heç bir addım atmayıb və bundan sonra da atmaq niyyətində deyil. Azərbaycan erməni əhalisinin reinteqrasiyası üçün də hər şeyi etdi. Uzun müddət separatçıların özbaşınalıqlarına səbr və təmkinlə yanaşıldı. sonda bundan sui-istifadə edildiyinə görə cavab tədbirləri, ən doğru müvafiq addımlar atıldı. Maraqlı olan və qürur verən, sevindirən odur ki, Azərbaycan yenə də məsələni özü öz gücü, qüdrəti hesabına həll etdi və bunu da qanuni şəkildə reallaşdırdı. Heç bir beynəlxalq hüquq normalarını pozmadan, öz haqlı mövqeyindən çıxış edərək, Azərbaycan istədiyinə nail oldu və bunla da ölkəmizin suverenliyi, təhlükəsizliyi təmin olundu.

Bəxtiyar Mustafayev ,
YAP Mingəçevir şəhər təşkilatının sədri
 

Geri dön