Ana Sayfa > Siyasət > Sabah Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq
Sabah Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq20-09-2024, 11:17. Yazar: sevinc1 |
Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən aia.az-a verilən xəbərə görə, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-də saat 15:00-a təyin edilib. Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır. aia.az Geri dön |