Ana Sayfa > Özəl > ABŞ-da işsizlik müraciətləri azalıb

ABŞ-da işsizlik müraciətləri azalıb


Dünən, 19:04. Yazar: sevinc1

ABŞ-da işsizlik müraciətləri azalıb

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 14 Sentyabrla bitən həftədə bazar gözləntilərinin altında 219 minə enib.ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 14 Sentyabrla bitən həftədə bazar gözləntilərinin altında 219 minə enib.ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Buna görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 14 Sentyabrda bitən həftədə bir əvvəlki həftəyə görə 12 min azalaraq 219 min olub.

May ayından bu yana ən aşağı səviyyəsini qeyd edən işsizlik müavinəti müraciətlərinin sayı ilə bağlı bazar gözləntisi 230 min olub.

Əvvəlki həftəyə aid işsizlik müavinəti müraciətlərinin sayı 230 mindən 231 minə revize edildi.

Keçən həftə etibarilə 4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı ortalama 3 min 500 azalaraq 227 min 500 oldu.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 7 Sentyabrla bitən həftədə 14 min adam azalaraq 1 milyon 829 minə gerilədi.

Analitiklər bildiriblər ki, işsizlik müavinəti müraciətlərindəki azalma, işə qəbulun azalmasına baxmayaraq əmək bazarının gücünü qorumağa davam etdiyini göstərir.

aia.az
Tərcümə şöbəsi
Geri dön