Ana Sayfa > Dünya > Pezeşkian kürəkəninə vəzifə verdi

Pezeşkian kürəkəninə vəzifə verdi


18-09-2024, 16:57. Yazar: sevinc1
Pezeşkian kürəkəninə vəzifə verdi

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.

aia.az xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Qeyd edilib ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə H.Məcidi özəl şirkətdə işləyib.

Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib. İran KİV və sosial şəbəkələrində prezident buna görə tənqid edilib.

aia.az
Geri dön